Binəqədi rayon ərazisində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib
Binəqədi Rayon İcra Hakimiyyəti və "Üfüq” Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə Binəqədi rayon ərazisində yaşayan az təminatlı, çətin həyat şəraitində yaşayan ailələrin uşaqlarının, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi Orxan Əliyev, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, Binəqədi rayon ərazisində yaşayan az təminatlı, çətin həyat şəraitində yaşayan ailələrin uşaqları və valideyn himayəsindən məhrum olmuş uşaqlar iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan “Üfüq” Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin icraçı direktoru Nuriyyə Abbasova tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəklik Günü və Yeni il münasibəti ilə ürəkdən təbrik etmiş, belə tədbirlərin silsiləli şəkildə keçirilməli olduğunu qeyd etdi.
Orxan Əliyev tədbir iştirakçılarını rayon rəhbərliyi adından salamlayaraq, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik etdi. Natiq, uğurlu və davamlı sosial siyasətin ölkə başçısı cənab İlham Əliyevin hər bir vətəndaşa göstərdiyi diqqəti və qayğısı sayəsində mümkün olduğunu qeyd etdi.
Çıxış edən Fəsli Nəbiyev çıxış edərək tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbir boyu uşaqların musiqi, bədii qiraət və digər bacarıqları nümayiş etdirilib. Yeni ilin simvolu sayılan Şaxta baba uşaqları maraqlı çıxışları və bayram sovqatları ilə sevindirib.
Sonda uşaqlara və onların ailələrinə bayram sovqatları hədiyyə edilib.