248 № li tam orta məktəbin direktoru Xəyyam Səttar oğlu Fərəcov Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi
Binəqədi Rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən Nizami Nərimanov adına 248 № li tam orta məktəbin direktoru Xəyyam Səttar oğlu Fərəcov rayonun ictimai həyatında səmərəli fəaliyyətinə görə və 65 illik yubileyi münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.
Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova Xəyyam müəllimi kollektiv adından təbrik edərək ona məsuliyyətli işində uğurlar arzu etdi.
Xəyyam Fərəcov “Təhsil millətin gələcəyidir!” deyən ümummilli lider Heydər Əliyevin yolunu uğurla davam etdirərək elm və təhsilin inkişafına, respublikamızda təhsil sahəsində həyata keçirilən genişmiqyaslı işlərə, gələcəyimiz olan gənclərin sağlam, vətənpərvər ruhlu böyümələri üçün göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.









