Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib
8 yanvar 2019-cu il tarixdə 306 saylı məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, ərazi üzrə xidmət sahələrinin rəisləri və qəsəbə sakinləri iştirak etdilər. Hesabat yığıncağını giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov hesabat yığıncağı barəsində məlumat verdi və sonra 2018-ci il ərzində qəsəbədə görülən işlər barəsində məruzə ilə çıxış etmək üçün sözü Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namil Məmmədova verdi. N.Məmmədov öz çıxışında 2018-ci il ərzində qəsəbədə uzun illər insanları narahat edən bəzi məsələlərin həll edildiyin bildirdi və qeyd etdi ki, qəsəbə ərazisində su-kanalizasiya xətlərinin yenilənməsi istiqamətində mühüm işlər həyata keçirilmiş, 306 saylı məktəb binası sökülərək yerində müasir tələblərə cavab verən yeni məktəb binası tikilmiş və digər sosial lahiyələrin həyata keçirilməsi məqsədi ilə aidiyyəti üzrə müvafiq təkliflər verilmişdir. Daha sonra hesabat məruzəsi ətrafında çıxış edən qəsəbə sakinləri E.Dadaşov, O.Gərayev və S.Adıgözəlov məruzəyə münasibət bildirdirərək qəsəbədə həlli vacib məsələlərə toxundular. Sakinlərin qaldırdıqları məsələləri cavablandıran İ.Süleymanov bu istiqamətində Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq dövlət qurumları ilə iş aparıldığını və yaxın gələcəkdə həmin məsələlərin həll ediləcəyini diqqətə çatdırdı. Sonda 2018-ci ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat məruzəsində əksini tapan nöqsan və çatışmazlıqların və sakinlər tərəfindən qaldırılan problemlərin həlli ilə əlaqədar tədbirlər planının işlənib hazırlanması və icrasının nəzarətə götürülməsi barədə qərar qəbul edildi.