Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən "ASAN Könüllüləri" ilə görüş keçirilib

11 yanvar 2019 | 11:00

Gənclik böyük qüvvədir və müstəqilliyimizin qorunub saxlanılmasının, gələcəyimizin qarantıdır.
Ölkəmizdə gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası və bu istiqamətdə əhəmiyyətli tədbirlərin keçirilməsi dövlət siyasətinin prioritetlərindəndir. Hazırda Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünyanın istənilən ölkəsinə nümunə ola bilər. Bu nümunələrdən biri də ASAN Könüllüləridir.
11 yanvar 2019-cu il tarixində  Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN Könüllüləri ilə görüş keçirilib. Səmimi keçən görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev,  icra hakimiyyətində təcrübə keçən 15-ci heyət ASAN könüllüləri iştirak ediblər. Çıxış edən Aygün Əliyeva ölkə başçısı İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini və gəncliyin ölkə başçısı cənab İlham Əliyevin  ətrafında sıx birləşdiyini qeyd edib .
Çıxış edən ASAN Könüllülər gənclər üçün yaradılan şəraitlərə görə ölkə başçısı cənab İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.

Keçidlər