Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Xocəsən Bələdiyyəsi sədrinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib

11 yanvar 2019 | 11:00

11 yanvar 2019-cu il tarixdə 313 saylı məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Xocəsən bələdiyyəsi sədrinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov,  ərazi üzrə xidmət sahələrinin rəisləri və qəsəbə sakinləri iştirak etdilər.             
Hesabat yığıncağını giriş  nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov hesabat yığıncağında giriş nitqi söylədi.      
Sonra  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlikram Haqverdiyev və Xocəsən bələdiyyəsinin sədri Məhərrəm Əsgərov  2018-ci il ərzində qəsəbədə görülən işlər barəsində  məruzə ilə çıxış etdilər.
Daha sonra hesabat məruzəsi ətrafında çıxış edən qəsəbə sakinləri R.Məmmədov, A.Haqverdiyev və  Ə.Abdullayev  məruzələrə  münasibət bildirdirərək  qəsəbədə həlli vacib məsələlərə toxundular.     
Sakinlərin qaldırdıqları məsələləri cavablandıran İ.Süleymanov bu istiqamətdə Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq dövlət qurumları ilə iş aparıldığını və yaxın gələcəkdə həmin məsələlərin həll ediləcəyini diqqətə çatdırdı.
Sonda  2018-ci ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Xocəsən bələdiyyəsi sədrinin hesabat məruzələrində  əksini tapan nöqsan və çatışmazlıqların və sakinlər tərəfindən qaldırılan problemlərin həlli ilə əlaqədar  tədbirlər planının işlənib hazırlanması və icrasının nəzarətə götürülməsi barədə qərar qəbul edildi.

 

Keçidlər