Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Binəqədi Qəsəbə Bələdiyyəsi sədrinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib
15 yanvar 2019-cu il tarixdə Binəqədi qəsəbəsi Mərkəzi Mədəniyyət evinin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Binəqədi Qəsəbə Bələdiyyəsi sədrinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, ərazi üzrə xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Hesabat yığıncağını giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov hesabat yığıncağı barədə məlumat verdi və sonra 2018-ci il ərzində qəsəbədə görülən işlər barəsində hesabat məruzəsi ilə çıxış etmək üçün sözü Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zakir Əliyevə verdi.
Z.Əliyev öz çıxışında 2018-ci il ərzində qəsəbədə uzun illər insanları narahat edən bəzi məsələlərin həll edildiyini bildirdi və qeyd etdi ki, qəsəbə ərazisində su-kanalizasiya xətlərinin yenilənməsi istiqamətində mühüm işlər həyata keçirilmiş, qəsəbə ərazisində müasir tələblərə cavab verən 179 saylı yeni məktəb binası tikilmiş, və digər sosial lahiyələrin həyata keçirilməsi məqsədi ilə aidiyyəti üzrə müvafiq təkliflər verilmişdir.
Sonra hesabat məruzəsi ilə çıxış etmək üçün sözü Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyevaya verdi.
A.Əliyevə isə öz çıxışında 2018-ci il ərzində qəsəbədə həlli vacib problemlərin əksər hissəsinin həll edildiyini, III mədən yolu, Binəqədi-Novxanı, Binəqədi-Biləcəri yolu (Evtikmə kombinatı yolu) əsaslı təmir edilmiş və bələdiyyə tərəfindən qəsəbə ərazisində bir sıra işlər görülmüş və layihələr həyata keçirilmişdir.
Daha sonra hesabat məruzəsi ətrafında çıxış edən qəsəbə sakinləri M.Dostuyev, Q.Məlikov və Ş.Ağayev məruzəyə münasibət bildirdirərək qəsəbədə həlli vacib məsələlərə toxundular.
Sakinlərin qaldırdıqları problemlərə münasibət bildirən İ.Süleymanov həmin problemlərin həlli istiqamətində Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq dövlət qurumları ilə iş aparıldığını və yaxın gələcəkdə həll ediləcəyini diqqətə çatdırdı.