Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda "20 Yanvar" faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş Şahmat turniri keçirilib

16 yanvar 2019 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 16 yanvar 2019-cu il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində rayon orta ümumtəhsil məktəbləri arasında "20 Yanvar" faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” devizi altında Şahmat turniri keçirilmişdir.
Turnirin nəticəsinə görə I yeri 244 №-li tam orta məktəbin komandası, II yeri 283 №-li tam orta məktəbin komandası, III yeri 246 №-li məktəb-liseyin komandası tutmuşdur.

 

Keçidlər