Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda inşa yazı və rəsm müsabiqələri keçirilib

17 yanvar 2019 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 Yanvar faciəsinin iyirmi doqquzucu ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda inşa yazı və rəsm müsabiqələri keçirilmişdir.
İnşa yazı müsabiqəsinin nəticəsinə görə 83 №-li  məktəb-liseyin 10 c sinif şagirdi Yaqubova Xədicə Ələsgər qızı I yerə, 115 №-li tam orta məktəbin 11 b sinif şagirdi Şirinzadə Lalə Mikayıl qızı II yerə, 301 №-li tam orta məktəbin 11 a sinif şagirdi Həsənli İlhamə İlham qızı III yerə layiq görülmüşdür.
Müsabiqə çərçivəsində çəkilmiş rəsm əsərləri Binəqədi Gənclər Evinin foyesində nümayiş etdirilmişdir. Rəsmlərdə məktəblilər tərəfindən 20 Yanvar faciəsinin acı nəticələri, xalqımızın mübarizliyi təsvir edilmişdir.

 

 

Keçidlər