Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Biləcəri bələdiyyəsi sədrinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib
22 yanvar 2019-cu il tarixdə Biləcəri qəsəbəsində yerləşən 284 saylı məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Biləcəri bələdiyyəsi sədrinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, ərazi üzrə xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Hesabat yığıncağını giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov hesabat yığıncağı barədə məlumat verdi və sonra 2018-ci il ərzində qəsəbədə görülən işlər barəsində hesabat məruzəsi ilə çıxış etmək üçün sözü Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İntiqam Cümşüdova verdi.
İ.Cümşüdov öz çıxışında 2018-ci il ərzində qəsəbədə həlli vacib məsələlərin həll edildiyini bildirdi və qeyd etdi ki, Biləcəri-Xocasən yolunda kommunikasiya xəttləri yenidən qurulmuş və eləcədə, qəsəbənin müxtəlif ünvanlarında su-kanalizasiya xətlərinin yenilənməsi istiqamətində mühüm işlər həyata keçirilmiş, qəsəbə ərazisində yerləşən 300 saylı məktəbdə əlavə tədris korpusu tikilmiş, və digər sosial lahiyələrin həyata keçirilməsi məqsədi ilə aidiyyəti üzrə müvafiq təkliflər verilmişdir.
Sonra hesabat məruzəsi ilə çıxış etmək üçün sözü Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilova verdi.
İ.Xəlilov isə öz çıxışında 2018-ci il ərzində qəsəbədə həlli vacib problemlərin əksər hissəsinin həll edildiyini, 297 saylı uşaq bağçasında əsaslı təmir işləri görülmüş, R.İsmayılov, A.Zeynallı, X.Məlikaslanov 8-ci döngə, Fizuli küçələrində asfatlanma işləri aparılmış və bələdiyyə tərəfindən qəsəbə ərazisində bir sıra işlər görülmüş və layihələr həyata keçirilmişdir.
Daha sonra hesabat məruzəsi ətrafında çıxış edən qəsəbə sakinləri İ.Eyvazov, D.Kərimov, İ.İbrahimov və Z.Nəbiyev məruzəyə münasibət bildirdirərək qəsəbədə həlli vacib məsələlərə toxundular.
Sakinlərin qaldırdıqları problemlərə münasibət bildirən V.İsmayılov həmin problemlərin həlli istiqamətində Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq dövlət qurumları ilə iş aparıldığını və yaxın gələcəkdə həll ediləcəyini qeyd etdi.
Sonda 2018-ci ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Biləcəri bələdiyyəsi sədrinin hesabat məruzəsində əksini tapan nöqsan və çatışmazlıqların və sakinlər tərəfindən qaldırılan problemlərin həlli ilə əlaqədar tədbirlər planının işlənib hazırlanması və icrasının nəzarətə götürülməsi barədə qərar qəbul edildi.