“ Binəqədi rayonu üzrə mülki müdafiənin təşkilinin vəziyyəti” mövzusunda 2018-ci ilin yekunu 2019-cu ildə qarşıda duran vəzifələr barədə iclas keçirilib
24 yanvar 2019-cu il tarixində “ Binəqədi rayonu üzrə mülki müdafiənin təşkilinin vəziyyəti” mövzusunda 2018-ci ilin yekunu 2019-cu ildə qarşıda duran vəzifələr barədə iclas keçirilib.
Çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov ölkəmizdə bütün sahələr üzrə dinamik və davamlı ikişafın davam etdiyini bildirdi. Natiq rayonda Mülki müdafiənin təşkili sahəsində mövcud problem və çatışmazlıqların aradan qaldırılmasının vacib olduğunu vurğulayıb.
Çıxış edən Binəqədi rayon Fövqəladə Hallar və Mülki müdafiə şöbəsinin rəisi İsrafil Məmmədov, Mülki müdafiə idarəsinin rəis müavini, polkovnik Yolçu Yolçuyev , Binəqədi Rayon Mənzil-Kommunal Təsərüffatı Birliyinin rəisi Elmin Zamanov, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov bu cür tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildirdilər. Natiqlər əsas məqsədin vətəndaşlarımızın həyat və sağlamlığının, dövlət əmlakının və xüsusi mülkiyyətin qorunmasına yönəldiyini vurğulayaraq, duran vəzifələr və onların həlli istiqamətində görüləcək işlərdən danışdılar
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Sülymanov müşavirəyə yekun vurdu.