Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 və 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndələrinin və Binəqədi Rayon Bələdiyyəsi sədrinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib
25 yanvar 2019-cu il tarixdə 135 saylı məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 və 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndələrinin və Binəqədi bələdiyyəsi sədrinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, ATƏT-in Parlament Assambleyasının vitse prezidenti, Milli Məclisin üzvü Azay Quliyev, Milli Məclisin üzvü Kamran Bayramov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, idarə, müəssisə, təşkilat rəhbərləri və mikrorayonların sakinləri iştirak etdilər.
Hesabat yığıncağını giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev mikrorayonlar ərazisində görülən və görülməsi nəzərdə tutulan işlərdən danışdı.
Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ləman Əliyeva, 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Dilbər Şükürova və Binəqədi bələdiyyəsinin sədri Salman Umudov 2018-ci il ərzində görülən işlər və qarşıda duran vəzifələr barəsində geniş məruzə ilə çıxış etdilər.
Yığıncağda Milli Məclisin üzvü Kamran Bayramov çıxış edərək hesabat məruzələrinə öz münasibətini bildirərək qeyd etdi ki, Sahə inzibati ərazi dairəsi üzrə nümayəndələrin və bələdiyyə sədrinin bir yerdə sakinlər qarşısında hesabat verməsi müsbət haldı və bu da bir daha göstərir ki, Binəqədi rayonunda yerlərdə əhalinin problemləri ilə bir başa məşğul olan