Şriftin ölçüsü :

Saytın rəngi :

25 may 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi

25 may 2023 | 12:33

25 may 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Qəsəbə  sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Dərbəndqala küçəsində yerləşən Dondurma müəssisəsinin kanalizasiya xəttində çirkab su axıntısının qarşısının alınması və məişət tullantıları  konteynerlərinin sayının artırılması, 10 May küçəsində 314 saylı məktəblə 327 saylı bağçanın birləşməsində olan yolda piyada keçidi üçün işıqforun quraşdırılması, 5057/68-ci məhəllə, 9 saylı binada liftlərin təmiri, Teymur Yaqubov küçəsinə küçə işıqlarının çəkilməsi, Şah Abbas küçəsi, 12-ci döngəyə məişət konteynerlərinin yerləşdirilməsi, Yaşar Sadıqov küçəsində asfaltlanma işinin tamamlanması, Asəf Zeynallı küçəsi 24 və 24A binaların qarşısında Azərsu ASC tərəfindən təmir zamanı sıradan çıxmış asfalt örtüyünün bərpa olunması, Şərq küçəsində sıradan çıxmış yolun qreyder texnikası ilə hamarlanması, Asəf Zeynallı küçəsində yerləşən dəmiryol poliklinikasının qarşısında dayanacağın quraşdırılması, 203 nömrəli marşurut avtobusun yolunun asfaltlanması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər