25 yanvar 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyilə Bakı Regional Məşğulluq filailı tərəfindən əmək yarmarkasının keçirilməsi nəzərdə tutulub
Hörmətli iş axtaran sakinlər ,
Ərazi vahidi üzrə əhalinin məşğulluğunun təmin olunması məqsədilə "Sun Food"MMC -nin sifarişi əsasında 25 yanvar 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyilə Bakı Regional Məşğulluq filailı tərəfindən əmək yarmarkasının keçirilməsi nəzərdə tutulmuşdur.
Bunu nəzərə alaraq, aşağıdakı şərtlərə uyğun vətəndaşların yarmarkaya dəvət olunmasına köməklik etməyinizi Sizdən xahiş edirik. Cəlb olunacaq vətəndaşların vakansiya şərtlərinə uyğunluğu zəruridir.
Keçiriləcək yarmarkaya dair məlumatlar:
Keçiriləcək ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 90 ( Şəfa stadionun yaxınlığında Azərsun Holdinq" Şirkətlər Qrupunun inzibati binası)
Saat - 10.00-13.00
Vakansiya adı - Vitrin tərtibatçısı - Merçendayzer
Orta aylıq gəlir - 720 AZN (345 AZN rəsmi əməkhaqqı + 255AZN orta aylık bonus (her ay) + 120 AZN yemek/yol pulu)
Yaş kateqoriyası – 35 qədər
Cinsi -Qadın
Təhsil səviyyəsi – Orta təhsil/ Ali təhsil
İş təcrübəsi - Satış sahəsində təcrübə arzuolunandır.
Təqdim olunan vakansiya sayı – 50
İş qrafiki – Həftə içi 5 gün / həftəlik - 40 saat
İş saatı - 8:30 – 18:00 (1.5 saat nahar və çay fasiləsi)
İşə qəbul olunacaq vətəndaşların yaşayış ünvanlarına yaxın ərazilərdə işlə təmin olunmasına çalışılacaqdır.