Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində abadlıq-quruculuq sahəsində aparılan işlər haqqında həftəlik məlumat

02 sentyabr 2013 | 10:00

Həftə ərzində (23-29 avqust) rayon ərazisində 61 ünvanda su borusunda təmir işləri aparılıb, 49 p/m su xətti su xətti dəyişdirilib. 69 ünvanda kanalizasiya şəbəkəsində axıntının qarşısı alınıb, 77 p/m xətt  dəyişdirilib.
7-ci mikrorayon bina 16-da paylayıcı şit və TM-759-da baş ayrıc dəyişdirilib. C.Xəndan küçəsi 904 saylı TM-də avadanlıqlar təftiş olunub. TM 737-də bina 137 yeni kabel xətti çəkilib.
Q-945-də 1 ədəd 6 kv-luq dayaq bərpa olunub. TM-15, 5, 10-da təftiş və təmir işləri aparılıb, TM-17 və TM-22-nin 0,4kv-luq şəbəkəsində yenidənqurma işlərinə başlanılıb.
Biləcəri qəsəbəsi M.Aslanov küçəsi döngə 8-də 2 ədəd SİP dayağı bərpa olunub. 
Binəqədi QİS ərazisində ümumilikdə 2647 p/m qaz xətti çəkilib, 54 ədəd smartkart tipli sayğac quraşdırılıb.
41 p/m kanalizasiya  və 28 p/ m içməli su xətti dəyişdirilərək cari təmir edilib.
7-ci mikrorayon Ə.Rəcəbli küçəsində istilik xəttində  d-600 mm-lik 200 m boru bərpa edilib.
3 saylı istilik qazanxanasında təmir-bərpa və proflaktiki tədbirlər görülüb və 2 ədəd siyirtmə təmir olunub.
M.Cəlal 102, 55, 85, 87 və 141 saylı binaların istilik xəttində 38 ədəd ventil, 4 ədəd  siyirtmələr təmir edilib, aşağı paylama xəttində 8m boru bərpa edilib.
H.Babaşov 1 və 7 saylı binaların istilik xəttində 6 ədəd siyirtmə təmir edilib, 12m boru qaynaq edilib. 270, 273 və 275 saylı qazanxanalarda cari təmir işləri aparılıb.   
Azadlıq prospekti 28 və 165 saylı binanın qarşısında 2 ədəd xeyr-şər evinin tikintisi davam etdirilir.
24 binanın fasadında əsaslı təmir işləri davam etdirilir.
9 binada çardaqlı dam örtüyünün quraşdırılması davam etdirilir.
9-cu mikrorayonda 2412 kv.m yumşaq dam örtüyü əsaslı təmir edilib.
A.Kunanbayev küçəsində su navalça xətləri yenisi ilə əvəz edilib.

Keçidlər