Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin və M.Ə.Rəsulzadə Bələdiyyəsi sədrinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib

29 yanvar 2019 | 11:00

29 yanvar 2019-cu il tarixdə Rəsulzadə qəsəbəsində yerləşən 100 saylı məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və  M.Ə.Rəsulzadə bələdiyyəsi sədrinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva,  Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, ərazi üzrə xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.             
      Hesabat yığıncağını  giriş  nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva hesabat yığıncağı barədə məlumat verdi və sonra 2018-ci il ərzində qəsəbədə görülən işlər barəsində hesabat məruzəsi ilə çıxış etmək üçün sözü Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Məmmədova verdi.

 

Keçidlər