2 Fevral – “Azərbaycan Gəncləri Günü” münasibətilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsində əsgər və zabitlər arasında “Nərd” birinciliyi keçirilib
29 yanvar 2019 | 11:00
Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral – “Azərbaycan Gəncləri Günü” münasibətilə 29 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsində əsgər və zabitlər arasında “Nərd” birinciliyi keçirilmişdir.
Tədbirdə Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Rafiq Nəsirov çıxış edərək hərbi qulluqçuları Azərbaycan Gəncləri günü münasibətilə təbrik etmiş, onlara xidmətdə uğurlar arzulamışdır.
Birinciliyin nəticəsinə görə I yeri İlkin İsmayılov, II yeri baş gizir Səxavət Mazanov, III yeri əsgər Qərib Allahverdiyev tutmuşdur.