2 Fevral – “Azərbaycan Gəncləri Günü” münasibətilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsində konsert proqramı təşkil edilib
Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral – “Azərbaycan Gəncləri Günü” münasibətilə 30 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsində konsert proqramı təşkil edilmişdir.
Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov və hərbi hissə komandirinin psixoloji təminat üzrə müavini, polkovnik-leytenantı Zabil Əliyev çıxış edərək hərbi qulluqçuları Azərbaycan Gəncləri günü münasibətilə təbrik etmiş, onlara möhkəm cansağlığı, şərəfli və məsuliyyətli işlərində və xidmətdə uğurlar arzulamışlar.
Sonra xidmətdə fərqlənən əsgərlər Fəxri Fərmanla təltif edilmişlər. Tədbir 6 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin “İlahə xalq çalğı” ansamblının ifasında bədii proqramla davam etdirilmişdir.