Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 1 nömrəli Sahə İnzibati Ərazi dairəsinin sakinləri ilə növbəti səyyar görüşü keçirildi

07 fevral 2019 | 11:00

2019-cu il fevral ayının  7-də,  Fərman Məlikov küçəsi, 4a saylı binanın həyətində yerləşən “Xeyir-şər” evində  Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon  sakinləri ilə səyyar görüşü keçirildi.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri,  xidmət sahələrinin rəhbərləri   iştirak edirdi.
Sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı  Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

 

Keçidlər