Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı soyqırımını unutma” mövzusunda inşa yazı və rəsm müsabiqələri keçirilib

19 fevral 2019 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Xocalı soyqırımının iyirmi yeddinci ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutma” mövzusunda inşa yazı və rəsm müsabiqələri keçirilmişdir.
İnşa yazı müsabiqəsinin qalibləri Bakı Humanitar Kollecinin komissiya üzvlərinin rəyi əsasında müəyyən edilmişdir. Müsabiqəinin nəticəsinə görə 314 №-li tam orta məktəbin 9 c sinif şagirdi Sahibzadə Mələk I yerə, 267 №-li məktəb-liseyin 9 c sinif şagirdi Həsənova Məlahət II yerə, 99 №-li tam orta məktəbin 10 a sinif şagirdi Nəsirova Səba və 179 №-li tam orta məktəbin 10 b sinif şagirdi Əhədova Səbinə III yerə layiq görülmüşlər.
Rəsm müsabiqəsinin nəticəsinə görə isə 298 №-li tam orta məktəbin 10 b sinif şagirdi Qənbərli Səba I yerə, 298 №-li tam orta məktəbin 9 c sinif şagirdi Nəcəfzadə Xanlar II yerə, 297 №-li tam orta məktəbin 6 r sinif şagirdi Qafarova Fatimə III yerə layiq görülmüşlər.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq keçirilən müsabiqələrdə məktəblilər təcavüzkar erməni millətçilərinin iki yüz ildən çox müddətdə xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi olan Xocalı soyqırımını ürək ağrısı ilə təsvir etmişlər.

 

Keçidlər