Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq və yeniyetmələrin profilaktik müayinələrinin yaxşılaşdırılması və uşaqların dərin tibbi müayinələrinin keyfiyyətli təşkili mövzusunda marifləndirici tədbir keçirilib

19 fevral 2019 | 11:00

19 fevral 2019-cu il tarixində Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin akt zalında Binəqədi rayon İcra Hakimiyyəti və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Uşaq və yeniyetmələrin profilaktik müayinələrinin yaxşılaşdırılması və uşaqların dərin tibbi mayinələrinin keyfiyyətli təşkili mövzusunda marifləndirici tədbir keçirildi.
Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev, Respublika GEM-nin UYYGB-nin məhsul əməkaşları, rayon ərazisində fəaliyyət göstərən məktəblərin direktorları,valideyinlər və yuxari sinif şagirdləri iştirak etdilər.
Məruzə ətrafında çıxış edənlər uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və ləvazimatlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və digər tədbirlər respublikada uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına imkan verdiyini bildirdilər.Natiqlər bu sahədə həyata keçirilən dövlət Proqramın əsas vəzifəsinin tibbi müayinələr vasitəsilə uşaqlarda xəstəliklərin və onların risk amillərinin erkən mərhələdə aşkarlanması və sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi,uşaqlar və valideynlər arasında xəstəliklərin profilaktikası məqsədilə aparılan maarifləndirmə işinin gücləndirilməsinə xidmət ediyini qeyd etdilər.
Tədbir valideynlərin sualları ətrafında diskursiya ilə davam etdirildi.

 

Keçidlər