Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində “Sosial şəbəkələr siyasi meydan rolunda” mövzusunda növbəti informativ “Məlumat saatı” görüşü keçirilib

22 fevral 2019 | 11:00

22 fevral tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində “Sosial şəbəkələr siyasi meydan rolunda” mövzusunda növbəri informativ “Məlumat saatı” görüşü keçirilmişdir. “Məlumat saatı”nda Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrin ictimai-siyasi və humanitar sektor rəhbərləri, YAP fəalları və ASAN könüllüləri iştirak etmişlər.  Mövzu ətrafında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev çıxış edərək, sosial şəbəkə, ondan istifadə məqsədləri, müxtəlif ölkələrin sosial şəbəkələrlə bağlı qərarları barədə ətraflı təqdimatla çıxış etmişdir.
Təqdimat bitdikdən sonra tədbir yekunlaşmışdır.

Keçidlər