Binəqədi rayonunda Xocalıdan olan şəhid ailələri və məcburi köçkünlərlə görüş keçirilib
23 fevral tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Binəqədi bələdiyyəsinin təşkilatçılığı ilə Goradil bağlar massivində yerləşən 2 saylı Evtikmə Kombinatının istirahət zonasında və Muğan sanatoriyasında məskunlaşmış Xocalıdan olan şəhid ailələri və məcburi köçkünlərlə görüş keçirildi.Görüş zamanı Xocalı soyqırımı zamanı şəhid olmuş insanların ailələrinə Binəqədi Rayon İcra Hakimiyyəti rəhbərliyinin adından başsağlığı verildi. Sakinlərin problemləri dinlənildi, onları narahat edən problemlərin həlli ilə bağlı tədbirlərin görüləcəyi bildirildi. Xocalı həqiqətlərinin dünyada bilinməsi, bu faciənin soyqırımı aktı kimi tanınması üçün dövlətimiz tərəfindən bütün zəruri addımların atıldığı qeyd edildi. Xocalılılar onlara göstərilən diqqət və qayğıya, maddi və mənəvi dəstəyə görə dövlət başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.