Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda "Xocalı soyqırımı"nın 27-ci ildönümünə həsr edilmiş növbəti tədbir keçirilib

25 fevral 2019 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının birgə təşkilatçılığı ilə “Xocalı faciəsinin 27-ci ildönümü”nə həsr edilmiş tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini  Aygün Əliyeva, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tədris və elmi işlər üzrə prorektoru Fərhad Möhbalıyev, akademiyanın müəllim və tələbə heyəti, rayon ictimaiyyətinin nümayəndələri, asan könüllülər  iştirak etdilər.
Tədbir faciə qurbanların xatirəsinin bir dəqiqəlik yad edilməsi ilə başlanıldı. Tədbirin aparıcıları Xocalı faciəsi haqqında məlumat verdikdən sonra çıxış üçün söz akademiyanın tədris və elmi işlər üzrə prorektoru Fərhad Möhbalıyeva  verildi. Fərhad Möhbalıyev “Xocalı  faciəsi”nin 27-ci ildönümü yaşansa da, hələ də Azərbaycanın bütün vətəndaşlarının o dəhşətli, faciəli gecəni, xalqımızın başına gətirilən bəlaları unutmadığını, milli azadlıq, müstəqillik uğrunda qəhrəmanlıq göstərən oğul və qızlarımızı hörmətlə yad etdiklərini bildirdi.
Daha sonra çıxış üçün söz Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini  Aygün Əliyevaya verildi. Aygün Əliyeva Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət bu gün də davam etdirildiyini qeyd etdi. Natiq ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə dünya miqyasında faciəyə hüquqi statusun verilməsi çərçivəsində olduqca böyük işlər görüldüyünü,bu istiqamətdə 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyasının  başlandığını bildirdi.
Sonda tədbir iştirakçılarına  Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyanın tələbələri tərəfindən hazırlanmış “Xocalı” tamaşası təqdim edildi.

 

Keçidlər