Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Novruz bayramı münasibətilə yarmarka təşkil olunub

02 mart 2019 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ölkənin bütün şəhər və rayonlarında mart ayının 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, mart ayının 16-dan 21-dək isə hər gün Novruz yarmarkaları keçiriləcək. Binəqədi rayonunda təşkil edilən yarmarkalarda Abşeron, Ağcabədi və Qax rayonlarından olan fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazarlardan fərqli olaraq ucuz qiymətlərə təklif edəcəklər. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əhalinin tələbatı nəzərə alınaraq kənd təsərrüfatı məhsullarının satış yarmarkaları rayon ərazisində A.Kunanbayev küçəsində təşkil olunub. Həmçinin yarmarkalarda məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunur və rayon sakinləri yarmarkalara dəvət edilir.

 

Keçidlər