Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbəsi sakinləri ilə növbəti səyyar görüşü keçirildi

14 mart 2019 | 11:00

2019-cu il mart ayının 14-də, 30 saylı orta məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar görüşü keçirildi. Görüşdə 9 saylı Binəqədi ikinci seçki dairəsindən millət vəkili seçilmiş Kamaləddin Qafarov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri iştirak edirdi. Sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev  və  Millət vəkili Kamaləddin Qafarov  sakinlər tərəfindən qaldırılan məsələləri cavablandırdı, qaldırılmış problemlərin  həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verildi.

 

Keçidlər