Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100-cü ildönümü və 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib

28 mart 2019 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100-cü ildönümü və 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, Dövlət Təhlükəsizlik Xidmətinin Binəqədi Rayon İdarəsinin əməkdaşları iştirak etmişdir.
Tədbiri BRİH başçısı Elxan Allahverdiyev açıq elan edərək tədbirin məqsədi barədə iştirakçılara məlumat verdi. Ümummilli Lider Heydər Əliyevin hələ sovetlər dövründə Azərbaycanın gələcək müstəqilliyini düşünərək respublika həyatının bütün sahələrində misilsiz işlər gördüyünü xüsusi qeyd edən E.Allahverdiyev, bugünki güclü Azərbaycan Respublikasının təməlinin məhz Ulu öndərimizin dövlət təhlükəsizlik orqanlarına və davamlı olaraq ölkəmizə rəhbərlik etdiyi vaxtlardan qoyulduğunu bildirdi. Natiq qeyd etdi ki,1950-ci illərin sonlarından etibarən respublika təhlükəsizlik orqanlarında milliləşmə və tarixi ədalətin bərpa edilməsi, repressiyaya məruz qalmış bir çox insanların hüquqi və mənəvi bəraət alması istiqamətində xeyli işlər görüldü. Bu proses bilavasitə ömrünün böyük bir hissəsini təhlükəsizlik orqanlarına həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi illər ərzində, xüsusilə də komitə rəhbərliyinə irəli çəkildiyi 1964-ci ildən sonrakı dövrdə orqana milli kadrların cəlb olunması, onların yetişdirilib, həlledici iş sahələrində rəhbər vəzifələrə təyin olunması nəzərəçarpacaq şəkildə geniş vüsət almağa başladı. Heydər Əliyev respublika və ittifaq rəhbərliyində çalışdığı müddətdə belə, Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyətini daim diqqətdə saxlamış, öz qayğısını bu təsisatlardan əsirgəməmişdir. Müstəqillik qazandıqdan sonra isə Azərbaycan Dövləti bu istiqamətdə daha böyük nailiyyətlər əldə etmişdir. Məhz Ulu öndər Heydər Əliyevin 1997-ci il 23 mart tarixli Fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Daha sonra söz çıxışlara verildi.
Çıxış edən natiqlər təhlükəsiz orqanları əməkdaşlarının çox məsuliyyətli, eyni zamanda şərəfli işlə məşğul olduqlarını bildirdilər və peşə bayramları münasibətilə bütün əməkdaşları təbrik etdilər.
Çıxışlar bitdikdən sonra Dövlət təhlükəsizlik orqanlarının yaradılmasının 100-cü ildönümümünasibəti ilə və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Binəqədi Rayon İdarəsinin əməkdaşlarının rayonun ictimai-siyasi həyatında fəal iştirakını nəzərə alaraq bir qrup şəxs Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlarla təltif edildilər. Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev mükafatçılara təltifləri təqdim etdi.

 

Keçidlər