Binəqədi Rayon İcra Hakimiyyəti uşaqları sevindirdi
Sentyabr ayının 11-də Binəqədi Rayon İcra Hakimiyyətində “15 sentyabr – Bilik Günü” münasibətilə rayonda yaşayan aztəminatlı, şəhid, məcburi köçkün ailələrindən olan və əlil uşaqlara məktəbli ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov məktəbliləri və onların valideynlərini təbrik edərək onlara yeni dərs ilində uğurlar və nailiyyətlər arzuladı. Xaləddin İsgəndərov dövlətin təhsil sahəsinə göstərdiyi qayğıdan danışdı, gənc nəslin təhsil alması, cəmiyyətdə savadlı, sağlam dünyagörüşlü vətəndaşlar kimi formalaşmasının dövlətimizin başçısı cənab İlham Əliyevin xüsusi diqqətlə yanaşdığı məsələ olduğunu vurğuladı.
Daha sonra çıxış edən Azərbaycan Respublikası “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin rayon şöbəsin sədri Ayna Novruzova onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Tədbir çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 200-ə yaxın aztəminatlı, şəhid, məcburi köçkün ailələrindən, qəyyumluqda olan və əlil uşaqlara məktəb ləvazimatları verilib və maddi yardım olunub.