Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin 28 May qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüşü keçirildi

28 mart 2019 | 11:00

2019-cu il mart ayının  28-də,  306 saylı tam orta məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı  Elxan Allahverdiyevin  28 May qəsəbə sakinləri ilə növbəti səyyar görüşü  keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri   iştirak edirdi.
Sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

 

 

 

Keçidlər