Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərhad Hümbətovun anım gününə həsr edilmiş tədbir keçirilib

01 aprel 2019 | 11:00

01.04.2014-cü il tarixində Binəqədi rayonunda Azərbaycan Respublikasının  Milli Qəhrəmanı Fərhad Hümbətovun anım gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, RİH Başçısı Aparatının söbə müdirləri, Milli Qəhrəman Fərhad Hümbətovun anası Salatın Hümbətova, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rövşən Əliyev, Hüquq-mühafizə orqanlarının rəis müavinləri, Milli qəhrəmanın ailə üzvləri,Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən könüllülər və rayon ictimaiyyəti iştirak etdi.
Tədbirə Azərbaycan torpaqlarının müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Çıxış üçün söz verilən Fərhad Hümbətovun müəllimi Zahid Canayev Milli qəhrəmanın keçdiyi şərəfli döyüş yolundan bəhs etdi.Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rövşən Əliyev Həmin dövrlərdə dövlət idarəçiliyində təlatümlər,pərəkandə idarəçilik, rəhbərlik etmiş şəxslərin səriştəsizliyinin ordumuzda böyük boşluqların yaranması ilə yadda qaldığını bildirdi. Milli Qəhrəman Fərhad Hümbətovun anası Salatın Hümbətova şəhid anası olmağın böyük bir qürur olduğunu bildirdi. Qüdrətli Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad edəcəyinə inandığını bildirən şəhid anası həmin günün elə də uzaq olmadığını qeyd etdi. Sonda çıxış üçün söz Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyevaya verildi. Natiq  bu gün Ulu öndər siyasi kursunun layiqli davamçısı,ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun dünya dövlətlərinin orduları sırasında əhəmiyyətli yerə və gücə malik olduğunu qeyd etdi.A.Əliyeva 2016-ci ilin Aprel ayında şanlı Azərbaycan ordusunun düşmən təxribatına cavab olaraq onlara ağır zərbələr endirməsindən bəhs etdi. Aygün Əliyeva Ali Baş Komandan,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qısa zaman ərzində işğalda olan torpaqlarımız tamamilə işğaldan azad olunaraq,şəhidlərimizin müqəddəs ruhları şad ediləcəyi günün yaxın olduğunun əminliyindən bəhs etdi.
Rəsmi hissəsi bitdikdən sonra tədbir bədii hissə ilə davam etdi. Sonra tədbir iştirakçıları tərəfindən  Milli qəhrəman Fərhad Hümbətovun abidəsi önünə gül dəstələri qoyuldu. Tədbirdən sonra ehsan süfrəsi açıldı.

 

Keçidlər