Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda İlham Əliyevin prezident seçilməsinin 1 illiyinə və ölkədə aparılan sosial, iqtisadi, siyasi islahatlara həsr olunmuş “Güclü lider-güclü Azərbaycan” adlı tədbir keçirilib

04 aprel 2019 | 11:00

04 aprel 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyasının İcra Katibliyi,Binəqədi Rayon İcra hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Prezident cənab İlham Əliyevin prezident seçilməsinin 1 illiyinə və ölkədə aparılan sosial, iqtisadi, siyasi islahatlara həsr olunmuş “Güclü lider-güclü Azərbaycan” adlı tədbir keçirildi.
Tədbirdən öncə 2016-cı ilin aprel ayında Ermənistan-Azərbaycan təmas xəttində baş vermiş atışma zamanı həyatını itirmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Davos formatında keçirilən tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov  qonaqları salamlayaraq bu cür mövzulara həsr olunmuş tədbirlərin əhəmiyyətindən bəhs etdi. Rayon təşkilatı tərəfindən istər maarifləndirici, istərsə də əhalini maraqlandıran mövzulara həsr olunmuş tədbirlərin davamlı olaraq keçirildiyini və bundan sonra da keçiriləcəyini vurğuladı. Ramiz Göyüşov dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı islahatların həyata keçirildiyini və vətəndaşların maraqlarına xidmət edən bir sıra məsələlərin öz həllini tapdığını diqqətə çatdırdı. Həyata keçirilən dövlət proqramlarından, bölgələrdə və Bakı şəhərində böyük infrastruktur layihələrinin uğurla icra olunmasından danışdı. Minimum əmək haqqının 38 faiz artaraq, 130 manatdan 180 manata, minimum pensiyaların isə 38 faiz artaraq 116 manatdan 160 manata çatdığını, 7000 yaxın köçkün ailəsinin yeni mənzillə təmin edildiyini vurğuladı. Ramiz Göyüşov çıxışında eyni zamanda Azərbaycan əleyhinə çirkin və əsassız qara kampaniya aparan bir qrup şəxsləri, müxalifət nümayəndələrini kəskin tənqid etdi. Dövlətimizin çiçəklənməsini və inkişafını gözü götürməyən qüvvələrə qarşı hər zaman xalqımızın layiqli cavab verdiyini söylədi. Bildirdi ki, xalqımız dövlət başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşib və heç bir antimilli qüvvə bu birliyə mane ola bilməz.
Tədbirdə çıxış edən Milli Məclis sədrinin birinci müavini,YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov cənab İlham Əliyevin 2018-2025-cü illəri əhatə edən Prezidentlik dövrünün ilk 1 ili ərzində Azərbaycan öz dinamik inkişafını təmin etdiyini və ölkəmizin əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını bildirdi. Cənab İlham Əliyevin  prezidentlik dövrünün ilk 1 ilini yüksək səciyyələndirərək dövlətimizin hərtərəfli inkişafı və xalqın sosial rifahının daha da gücləndirilməsi istiqamətində görülən işləri məqsədyönlü dövlət siyasətinin mühüm tərkib hissəsi adlandırdı. Son bir il ərzində ölkəmizdə  ciddi instutitusional islahatların aparıldığını, bu islahatların ölkəmizə və vətəndaşlarımıza olan töhfəsini qeyd etdi. Bununla yanaşı cənab prezidentin son çıxışlarında da, xüsusilə məhkəmə-hüquq sahəsində isalahatların aparılması anonsunun bu cür inkişafa əsaslı təkan verəcəyini söylədi. Ziyafət Əsgərov həmçinin 2019-cu ilin ilk iki ayında əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində inqilabi addımların atıldığını, yeni islahatların ölkə iqtisadiyyatının daha inkişaf etdirilməsinə xidmət etdiyini bildirdi. Son illər Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndiyini, Azərbaycan bu gün bir çox ölkələrlə çox səmərəli, işgüzar, ikitərəfli münasibətlər qurduğunu, bir çox hallarda isə Azərbaycanın çoxtərəfli əməkdaşlıq formatının təşəbbüskarı qismində çıxış etdiyini, qonşu dövlətlərlə əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğunu söylədi. Hər bir ölkə üçün qonşularla münasibətlərin inkişafının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Bu baxımdan son 1 ildə, ölkəmiz xarici siyasət kontekstində ölkə başçısının rəhbərliyi ilə mühüm uğurlara imza atıldığını qeyd etdi. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun sözlərinə görə Azərbaycan çalışır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapsın.
Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxışında Milli Məclisin ötən payız sessiyyasında İcbari Tibbi Sığorta haqqında qanuna edilən əlavə və dəyişikliklər haqqında ətraflı məlumatlar verdi. Millət vəkili həmçinin çıxışında Milli Məclisdə Azərbaycanın 2019-cu il üçün dövlət büdcəsinin layihəsinin təsdiq olunduğunu, gələn ilin dövlət büdcəsində səhiyyə sahəsində mühüm tendensiyaların müəyyənləşdiyini qeyd etdi. Hər il dövlət büdcəsindən səhiyyənin inkişafına ayrılan xərclərin əhəmiyyətli dərəcədə artdığını, bunun səhiyyə sahəsinin inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm prioritetlərindən biri olduğunu söylədi. Paytaxtda və bölgələrimizdə yeni xəstəxanaların inşa edildiyini, onların maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əsaslı tədbirlərin görüldüyünü bildirdi.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxış edərək dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı şəhərinin  və onun qəsəbələrinin sosial-iqtisadi inkişaı dövlət proqramına uyğun olaraq Bakı şəhərində  aparılan abadlıq-quruculuq, yenidənqurma işləri fonunda Binəqədi rayonunda görülən işlərdən və gələcəkdə görülməsi nəzərdə tutulan işlər haqqında məlumat verdi. Diqqətə çatdırdı ki, son 15 il ərzində Azərbaycanda bütün sahələrdə ancaq müsbət inkişaf dinamikası müşahidə olunur. İqtisadiyyatın elə bir sektoru yoxdur ki, orada ən azı 2 dəfədən çox artım olmasın. Bu, cənab prezidentin dövlət quruculuğu kursunun inkişafına daim diqqət göstərməsi ilə bağlıdır. Azərbaycan prezidentinin və dövlətinin əsas məqsədi əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq və son illərdə qazanılmış sosial-iqtisadi uğurların davamlı olmasını təmin etməkdir.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Sonda xatirə şəkli çəkdirildi.

 

Keçidlər