Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədidə təhsil konfransı keçirildi

14 sentyabr 2013 | 10:00

13 sentyabr 2013-cü il tarixdə Binəqədi rayonunda  təhsil işçilərinin 2012-2013-cü dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası keçirildi. Tədbirdə bu il 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan məzunlar Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıb.
İclası giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycanın son illər təhsil sistemində əldə etdiyi uğurlarından söz açdı və təhsil sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışdı. Bu siyasətin uğurlu nəticələrinin Binəqədi rayonunun həyatında da əksini tapdığını vurğuladı: “İlbəil təhsil sahəsinə artan dövlət qayğısı, bu sahədə atılan yenilikçi addımlar bu gün təhsilimizin inkişafına əlverişli zəmin yaradır. Həm də ən önəmlisi odur ki, millətin gələcəyi olan təhsilin tərəqqisi cənab Prezidentin xüsusi diqqət göstərdiyi sahədir. Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən möhtərəm prezidentimiz cənab İlham Əliyev övladlarımızın yüksək səviyyəli təhsil almasına, onların qazandığı bilik və təcrübə ilə müstəqil Azərbaycanın tərəqqisinə töhfə vermələri üçün lazımi şərait yaratmışdır”.
Daha sonra  2012-2013-cü dərs ilinin yekunları ilə bağlı hesabat məruzəsi ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aqil Eyvazov bildirdi ki, bu il rayonun 32 orta ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə sənəd verən 2367 məzundan 1337-si tələbə adını qazanıb. Respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olan məzunlardan 190 nəfər 500-700 arası bal toplayıb. 21 məzun isə 650-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərib. Həmçinin, bu məzunlardan dünyanın müxtəlif dövlətlərinin nüfuzlu ali təhsil müəssilərinə daxil olanlar da vardır. Keçən tədris ilində “Ən yaxşı ümumtəhsil müəssisəsi” və “Ən yaxşı müəllim” müsabiqələrində Respublika üzrə qalib olan 50 məktəbdən (Bakı şəhəri üzrə 19)1-i, 98 müəllimdən isə (Bakı şəhəri üzrə 37) 8-i Binəqədi rayonunun payına düşüb.
Konfransda çıxış edən Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov “Bilik günü” münasibəti ilə bu il tələbə adını qazanan məzunları və rayonun pedaqoji kollektivini təbrik etdi, yeni  tədris illində onlara uğurlar arzuladı. Natiq ötən dərs ilinin Binəqədi rayonu üçün uğurla nəticələndiyini bildirdi.
Sonra “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində müvəffəqiyyət qazanan 30 saylı tam orta məktəbin direktoru və qabaqcıl müəllimləri, “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazanan müəllimlər mükafatlandırıldı.
Qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan tələbələr Rayon İcra Hakimiyyəti tərəfindən xatirə hədiyyələri ilə mükafatlandırıldı.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı tələbə adını qazanan gəncləri təbrik edərək onlara təhsillərində uğurlar arzuladı. Bu il  ən yüksək balla  ali məktəblərə  qəbul olunan məzunlar da onlara göstərilən böyük diqqət və qayğıya görə minnətdarlıq etdilər.

Keçidlər