Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə əlaqədar püşkatma mərasimi keçirib

12 aprel 2019 | 11:00

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya əsasən, ölkəmizdə sosial müdafiəyə ehtiyacı olan vətəndaşların problemləri davamlı şəkildə həll edilir, mənzil-məişət şəratinin yaxşılaşdırılması üçün tədbirlər görülür.İndiyədək məcburi köçkünlər üçün yüzdən çox qəsəbə salınıb, bu kateqoriyadan olan üç yüz minə yaxın vətəndaş yeni ev və ya mənzilə köçürülüb. Bakıda hələ də ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə ilk növbədə köçürülməsi barədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın verdiyi tapşırığın icrası davam etdirilir.  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu məqsədlə aprelin 12-də Binəqədi Rayon İcra Hakimiyyətinin akt zalında M.Ə.Rəsulzadə qəsəbəsi  NQÇ-nin axşam sanatoriyasında məskunlaşmış məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə əlaqədar püşkatma keçirib. Püşkatmada Dövlət Komitəsində müvafiq komissiya tərəfindən obyektiv və hərtərəfli araşdırmalar nəticəsində tərtib olunmuş siyahı üzrə mənzil-məişət şəraitinin yaxşılaşdırılması zəruri sayılan məcburi köçkün ailələrinin nümayəndələri iştirak ediblər.
Binəqədi Rayon İcra Hakimiyyətinin, 87 məcburi köçkün ailəsinin, iştirakı ilə şəffaf şəkildə keçirilən püşkatmada məcburi köçkünlər bundan sonra yaşayacaqları mənzilin yerləşdiyi binanı və mərtəbəni müəyyənləşdiriblər.  Məcburi köçkün ailələrinin Dövlət Komitəsinin ayırdığı nəqliyyat vasitələri ilə yaşayış kompleksinə köçürülməsinə yaxın günlərdə başlanılacaq. Yeni mənzillərə köçən məcburi köçkün ailələri onlara göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkür edib.

 

Keçidlər