Şriftin ölçüsü :

Saytın rəngi :

“Təmizlik ayı” çərçivəsində Binəqədi rayonunda təmizlik-abadlıq işləri uğurla həyata keçirilməkdədir

16 aprel 2019 | 11:00

   Ekoloji durumun yaxşılaşdırılması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin elan etdiyi “Təmizlik ayı” çərçivəsində Binəqədi rayonunda təmizlik-abadlıq işləri uğurla həyata keçirilməkdədir.
        Görülən işlər çərçivəsində Biləcəri-Binəqədi yolu, Bakı-Sumqayıt yolu, Binəqədi yolu "Xırman" MMC-nin arxa hissəsi, Biləcəri qəsəbəsi Ordubadi küçəsi, Gülüstan küçəsi 15-ci döngə, Novxanı yolu, Binəqədi gölünün ətrafı, Binəqədi–Xırdalan yolunun bir hissəsi, M.Ə.Rəsulzadə qəsəbəsi Baksol yaşayış massivi, Biləcəri qəsəbəsi Ordubadi küçəsində yerləşən Su Melorasiya İdarəsinin arxa hissəsi və rayonun digər ərazilərində təmizlik aksiyaları keçirilmiş, ərazilər müxtəlif növ tullantılardan, qabaritlərdən təmizlənmişdir.
      Keçirilən aksiyanın əsas məqsədi ərazilərin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən, ətraf ərazidə təmizliyə riayət olunması ilə bağlı ictimaiyyətin maarifləndirilməsi olmuşdur. Ümumilikdə, “Təmizlik ayı” çərçivəsində 65 maşın müxtəlif növ məişət tullantılarının daşınması həyata keçirilmiş, 400-dən çox müxtəlif növ mövsümi ağaclar əkilmişdir. Əkilən ağaclara daimi qulluq göstərilməsi üçün suvarılma məsələləri həll edilmişdir. Həmçinin, ilboyu həmin ağaclara qulluq məsələləri yerli icra qurumları tərəfindən nəzarətə alınmışdır.
        Bundan başqa, qəsəbələrdə 978 ədəd zibil konteyneri rənglənmiş, təmirə ehtiyacı olan konteynerlərdə təmir-bərpa işləri görülmüşdür. Qanunsuz çəpərlənmiş ərazilərdə müvafiq qaydada təmizləmə işləri həyata keçirilmişdir. Qəsəbə və yaşayış məntəqələrində yerləşən binaların fasadları təmir edilmiş, yol kənarları boyu ağacların tozlardan təmizlənməsi məqsədi ilə yuyulması işləri baş tutmuşdur.
        Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Təmizlik ayı” çərçivəsində iməciliklərin hər həftə rayonun müxtəlif ərazilərində keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər