Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən 16–cı qrup ASAN könüllüləri ilə görüş keçirilib
17 aprel 2019-cu il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən 16–cı qrup "ASAN könüllüləri" ilə görüş keçirilib.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, BRİH başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlərlə iş şöbəsinin müdiri Nicat Allahverdiyev və 16-ci qrup "ASAN könüllüləri" iştirak ediblər.
Görüşü açıq elan edən Elxan Allahverdiyev gəncləri salamlayıb və onlara könüllük peşəsini şərəflə, əzmlə icra etmələri münasibətilə təbrik edib. Natiq son illərdə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda könüllülük fəaliyyətinin geniş vüsat aldığını, ölkəmizdə gənclər arasında könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini bildirdi. E.Allahverdiyev respublikamızın ev sahibliyi etdiyi irimiqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimizin böyük uğura imza atmalarının ölkə başçısı cənab İlham Əliyevin könüllülərin fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümünəsi olduğunu bildirdi.
Daha sonra gənclər öz təəssüratlarını bölüşərək şöbələrdə öyrəndikləri işlər haqqında ətraflı məlumat verdilər.
Sonda könüllülərlə xatirə şəkli çəkildi.