Şriftin ölçüsü :

Saytın rəngi :

19 aprel 2019-cu il tarixində bələdiyyə əməkdaşları ilə görüş keçirilib

19 aprel 2019 | 11:00

      19 aprel 2019-cu il tarixində bələdiyyə əməkdaşları ilə görüş keçirilib. Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai-Siyasi Şuranın sədri Aslan Mehdiyev, Binəqədi bələdiyyəsinin sədri Salman Umudov, bələdiyyə qulluqçuları iştirak edib. Çıxış edən Salman Umudov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən ordu quruculuğundan bəhs edib. Çıxış üçün söz verilən Aslan Mehdiyev Azərbaycan ordusunun gücündən bəhs edib. Natiq aprel döyüşlərində əsgərlərimizin göstərdiyi qəhrəmanlıqdan söz açıb. Tədbirin sonunda Salman Umudov məruzəçilərə və iştirakçılara təşəkkür edib.

Keçidlər