Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “26 aprel - Çernobıl faciəsi”nin 33-cü ildönümü ilə bağlı tədbir keçirilib
24 aprel 2019-cu il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “26 aprel - Çernobıl faciəsi”nin 33-cü ildönümü ilə bağlı tədbir keçirildi. Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Nicat Allahverdiyev, İctimai Şuranın sədri Aslan Mehdiyev, Çernobil Əlilləri Cəmiyyəti Rayon şöbəsinin sədri və üzvləri, İctimai birliklərin sədrləri iştirak etdi.
Tədbiri Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov giriş sözü ilə açaraq tədbir haqqında iştirakçılara məlumat verdi və faciənin tarixi haqqında çıxış edərək bu gün dövlətimiz tərəfindən Çernobıl əlillərinə yüksək diqqət və qayğı göstərildiyini diqqətə çatdırdı. Natiq çıxışında bildirdi ki, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşayan və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərən dövlətimiz bu gün bütün dünyaya sülh mesajını verən dövlətlərdən biridir.