Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon təşkilatının inzibati binasında “2019-cu il üzrə təsdiq olunmuş ərazi məşğulluq proqramından irəli gələn işlərin müzakirəsi” mövzusunda müşavirə keçirilib.

24 aprel 2019 | 11:00

Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon Məşğulluq Mərkəzinin direktoru Anar Bagiri, Məşğulluq Siyasəti və Demoqrafiya şöbəsinin sektor müdiri və Respublika Əlaqələndirmə Komitəsinin kordinatoru Nərmin Zeynalova , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  yanında Dövlət Məşğulluq Xidmətinin  Bazar  Təhlili və Statistika şöbəsinin müdiri İsa Həsənov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Bakı şəhəri Məşğulluq idarəsinin rəisi  Elnur Əliyev  iştirak edib. İclasda rayonun sosial-iqtisadi fəaliyyəti, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması istiqamətində müzakirələr aparıldı. Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov görüş zamanı bildirdi ki, “Azərbaycan Respublikasının milli iqtisadiyyat prespektivi üzrə Strateji Yol Xəritəsi” Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, logistika və ticarətin inkişafı, uyğun qiymətə mənzil təminatının inkişafı və s. ölkəmizdə iqtisadiyyatın yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayacaqdır.
Eyni zamanda iclasda Heydər Əliyev məfkurəsinin geniş təbliği, Cənab Prezidentin gördüyü işlərin təbliğatı ilə bağlı, Müharibə və əmək veteranlarına xüsusi diqqət, təhsil və səhiyyə məsələləri, vətəndaşların müraciətinə baxılarkan ideoloji işin təşviqi, əhalinin məşğulluğunun təmin edilməsi, əhalinin sosial müdafiəsi və s. mövzular ətrafında geniş fikir mübadiləsi aparıldı.

Keçidlər