Binəqədi rayonunda Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbir keçirilib
27 aprel 2019-cu il tarixdə Binəqədi Rayonu İcra Hakimiyyəti (BRİH) və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının (RT) birgə təşkilatçılığı ilə Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini xanım Aynur Sofiyeva, Milli Məclisin deputatları Madər Musayev, Kamaləddin Qafarov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, başçının müavinləri, BRİH başçısı aparatının əməkdaşları, rayon idarə və müəssisələrin nümayəndələri, ictimai birliklərin sədrləri, məktəb direktorları, YAP Binəqədi RT-nın fəalları və məktəblilər iştirak etmişdir.
Çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə Komitəsinin üzvü Kamaləddin Qafarov, Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə bağlı fikirlərini bildirdi. Daha sonra çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini xanım Aynur Sofiyeva qeyd etdi ki, Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır.
Yekun nitqlə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirdi ki, Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan qadınının problemlərinə böyük diqqət yetirməsində, sözsüz ki, Zərifə xanımın şəxsi nümunəsi də, mühüm rol oynayırdı. Güclü şəxsiyyət və dərin zəka sahibi olan Zərifə xanım Ulu öndərə etibarlı mənəvi dayaq idi.
Çıxışlar bitdikdən sonra tədbir bədii hissə ilə davam etdirildi.