“Sən də könül ver” şüarı ilə Binəqədi Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətinə qoşulmaq üçün müraciət etmiş gənclər arasında seçim görüşü baş tutub
04.05.2019-cu il tarixində “Sən də könül ver” şüarı ilə Binəqədi Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətinə qoşulmaq üçün müraciət etmiş gənclər arasında seçim görüşü baş tutdu.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçıının müavini Aygün Əliyeva, Aparatın İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, İnformasiya təminatı və təhlil sektorunun müdiri Aynur Quliyeva, Binəqədi Gənclər Evi Sosial Xidmət Müəssisəsinin müdiri Ələkbər Mustafayev və müraciət etmiş 30 könüllü iştirak edib.
Müsahibəsinin sonunda 19 könüllü Rayon İcra Hakiiyyətində təcrübə keçmək şansı əldə edib.
Məlumat üçün qeyd edək ki, könüllülük fəaliyyəti 2 (iki) ay müddətində davam etdiriləcək. Könüllü kimi müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcək.