Binəqədi rayonunda “Rayonumuzu Təmiz Saxlayaq” layihəsi uğurla davam edir
Bakı şəhərində sanitar-təmizlik aylığının keçirilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən yaz-yay mövsümünün başlanması ilə əlaqədar rayonun sanitar-təmizliyini təmin etmək, abadlıq və yaşıllıqları qoruyub saxlamaq və yaxşılaşdırmaq məqsədilə Binəqədi RİHB-nın müvafiq saylı Sərəncamı ilə “Rayonumuzu Təmiz Saxlayaq” layihəsinin keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmişdir. Növbəti tədbir 06 may 2019-cu il tarixində Binəqədi rayonu 6-cı mikrorayon 3215-ci məhəllə 1410-cu keçid ünvanında fəaliyyət göstərən 266 nömrəli körpələr evi-uşaq bağçasında təşkil edilmişdir. Tədbirdə RİH başçısı Aparatının baş məsləhətçisi İlqar Pənahov, bağçanın müdiri Fəridə Yunusova, 6-cı və 9-cu mikrorayonlarda fəaliyyət göstərən məktəbəqədər tədris müəssisələrinin müəllimləri iştirak etmişdir. Belə ki, “Rayonumuzu Təmiz Saxlayaq” layihəsi çərçivəsində Tədbirlər Planının 1.6.1-ci bəndinin “Uşaqların maarifləndirilməsi üçün məktəbəqədər tədris müəssisələrinin müəllimlərinə təlimlərın keçirilməsi”, 2.2-ci bəndinin “Ən təmiz uşaq bağçası” barədə məlumatlar verilmiş, ərazilərində iməciliklər keçirilmişdir.