Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin yekunlarına həsr olunan elmi-praktik konfrans keçirilib

06 may 2019 | 11:00

  Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunan paytaxt məktəbliləri arasında keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin yekunlarına həsr olunan elmi-praktik konfrans keçirilib.
       Şagirdlərin özlərinin təşkil və idarə etdiyi konfransda Bakı Şəhər İcra Hakimiyyətinin, Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə təhsil idarəsinin məsul nümayəndələri, paytaxtın bütün rayonlarında keçirilən konfranslarda qalib seçilmiş məktəblilər, onların elmi rəhbərləri iştirak ediblər.
        Əvvəlcə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
       Əsas məqsədi orta məktəb şagirdləri arasında tarixə, mədəniyyətimizə, keçmişə və tarixi şəxsiyyətlərə, milli-mənəvi dəyərlərə diqqət və marağı artırmaq, şagirdlərə elmi araşdırma və tədqiqat aparmaq, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmək bacarığı aşılamaq olan bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqalələri ilə çıxışlar ediblər.
        Paytaxt rayonları üzrə qalib olan şagirdlərdən - Pirallahı rayonundan Qorxmaz Məmmədzadə, Qaradağ rayonundan Şəbnəm Feyzili, Suraxanı rayonundan Vəsilə Mahmudova, Səbail rayonundan Zəhraxanım Məmmədova, Nizami rayonundan Ayla Atakişiyeva, Nəsimi rayonundan Səba Ağayeva, Xətai rayonundan Aygün Hüseynova, Binəqədi rayonundan Hasil Qubatov, Sabunçu rayonundan Səma Əliyeva, Xəzər rayonundan Gülşən Yusibzadə, Nərimanov rayonundan Abdulsübhan Nəcəfli, Yasamal rayonundan Yunis Quliyev və başqaları hazırladıqları referatları təqdim etdilər.
        Konfrans çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Təhsil Nazirliyinin şəbə müdiri Aydın Əhmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev rayonlarda keçirilən tarix konfransları, şagirdlərin hazırladıqları referatlar barədə məlumat verərək bildiriblər ki, ulu öndərin Azərbaycan tarixində qoyduğu iz, onun tariximizin bir çox məqamlarının aşkar olunması, onların dərindən araşdırılaraq öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasındakı rolu əvəzolunmazdır.

Keçidlər