Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə YAP Binəqədi Rayon təşkilatında “Xalqa bəxş edilmiş ömür” adlı tədbir keçirilib

07 may 2019 | 11:00

    07 may 2019-cu il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə rayon təşkilatında “Xalqa bəxş edilmiş ömür” adlı tədbir keçirilib. Tədbirdən öncə iştirakçılar ulu öndər Heydər Əliyevin YAP Binəqədi Rayon təşkilatının inzibati binasının önündə ucaldılmış abidəsi önünə qızıl gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
            Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
       Tədbiri giriş sözü ilə açan YAP Binəqədi Rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin doğum gününün böyük sevinc hissi ilə qeyd olunması ölkəmizdə artıq bir ənənəyə çevrilib. Ümummilli liderin doğum gününün belə əhval-ruhiyyə ilə qeyd olunması ümumilikdə xalqımızın dövlətə, dövlətçiliyimizə hörmət və ehtiramının bariz ifadələrindən biridir: “Tarixdə şəxsiyyət amili xalqların, dövlətlərin inkişafında əhəmiyyətli rol oynayır. Hər bir xalq lideri ilə tanınır. Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı dünya birliyinin fəal üzvünə çevirən, bugünkü uğurlarımız üçün möhkəm baza yaradan Heydər Əliyevin Azərbaycan xalqının tarxində böyük rolu vardır. Onun hər addımı ölkəmizin inkişaf tarixinə biri-birindən əhəmiyyətli uğur səhifələrini yazıb”.
          Rayon təşkilat sədri qeyd edib ki, ulu öndər Heydər Əliyev və son 15 ildə onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tarix yaradan şəxsiyyətlərdir. Ümummilli liderin şah əsəri olan müstəqil Azərbaycan bu gün cənab İlham Əliyevin təkmil islahatları ilə ən yüksək zirvələri fəth edir.
          Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətlərindən danışıb. Bildirib ki, ulu öndərin məqsədyönlü siyasəti və əzmkar fəaliyyəti nəticəsində Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sisteminin formalaşmasına nail olunub. Hikmət Babaoğlu, həmçinin, onu da qeyd edib ki, müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin inkişafı məhz ulu öndərin adı ilə bağlıdır.
         “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünün hər birimizin həyatında önəmini xüsusi vurğulayıb: "Bu illər Azərbaycanın tarixinə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qürur duya biləcəyi uğurları yazıb. Bu gün ölkəmiz həmin təməl üzərində daha da möhkəmlənir, qüdrətlənir, yeni-yeni hədəflərə doğru inamla addımlayır." Vüqar Rəhimzadə dahi öndər  Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünü paralel şəkildə təhlil edərək bildirib ki, hər iki dövr Azərbaycanı inkişaf etdirmək, imzasını imzalar arasında görmək istəyinin nümayişi ilə xarakterizə olunub.
        Vüqar Rəhimzadə Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etdikdən, daha dəqiq desək, Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günümüzə qədər uzanan davamlı inkişaf yolunu geniş şərh edərək bildirib ki, böyük şəxsiyyətlərin doğum günü olur, amma ölüm günü olmur. Onların ideyaları daim dövlətin, xalqın qarşısında yeni-yeni üfüqlər açır. Dahi şəxsiyyət Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və sabahının əsasıdır.
         “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, bu gün müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın qazandığı böyük uğurlar məhz ulu öndər Heydər Əliyev dühasının bəhrəsidir: “Hər birimiz bugünkü firavan həyat, xoş gələcəyimiz üçün əbədiyaşar ulu öndərə borcluyuq. Ölkə həyatının bütün sahələrində nail olunan uğurlar böyük siyasi xadim Heydər Əliyevin adı, yüz illərə hesablanmış ideyaları ilə bağlıdır”. O, ümummilli lider Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunduğunu, dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edildiyini vurğulayıb. Ulu öndərin hakimiyyəti dövründə respublikamızın hərtərəfli tərəqqisində misilsiz nailiyyətlər qazanıldığı, habelə ölkəmizin yüksək iqtisadi inkişaf tempi ilə irəliləməsinin, məhz Heydər Əliyev əməyinin nəticəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
          Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışında bildirib ki, tarixdə şəxsiyyət amili xalqların, dövlətlərin inkişafında əhəmiyyətli rol oynayır. Hər bir xalq lideri ilə tanınır. Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı dünya birliyinin fəal üzvünə çevirən, bugünkü uğurlarımız üçün möhkəm baza yaradan Heydər Əliyevin Azərbaycan xalqının tarxində böyük rolu vardır. Onun hər addımı ölkəmizin inkişaf tarixinə biri-birindən əhəmiyyətli uğur səhifələrini yazıb.
           Qeyd edək ki, tədbirdə millət vəkili Kamaləddin Qafarov da iştirak edib.
       Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul edilmiş bir qrup şəxsə üzvlük vəsiqəsi təqdim edilib.

 

 

Keçidlər