Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 158 nömrəli körpələr evi-uşaq bağçasında 10 May-Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibəti ilə tədbir keçirilb

07 may 2019 | 11:00

Mayın 7-də Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 7b ünvanında yerləşən 158 nömrəli körpələr evi-uşaq bağçasında 10 May-Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının  96 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının əməkdaşı Anar Əliyev iştirak etmişdir.
Tədbiri giriş sözü ilə 158 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Rəfiyyə Əsədova açıq elan etdi. O, son illərdə bağçaların əsaslı təmir edilməsinin dövlətin uşaqlara göstərdiyi diqqət və qayğısının bariz nümünəsi olduğunu dedi. Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uşaqlara daim xususi diqqət və qayğının olduğunu bildirdi.  Respublikamızda  uşaqların rahat və firavan ölkənin vətəndaşları kimi böyüdüyünü, müstəqil ölkəmizin gələcəyinin məhz körpələr olacağını söylədi. Çıxış edən qonaqlar da ölkəmizdə uşaqlara olan diqqət və qayğıdan danışdılar.
Sonda bədii hissə üçün söz 158 nömrəli körpələr evi-uşaq bağçasının balaca fidanlarına verildi. Uşaqların ifasında müxtəfil səhnəcik, rəqs, mahnı  nümünələri ilə tədbir davam etdirildi.

 

Keçidlər