Şriftin ölçüsü :

Saytın rəngi :

26 avqust Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

26 avqust 2022 | 13:31

Hörmətli Mehriban xanım!

Sizə xas olan xeyirxahlıq, ziyalılıq və humanist yanaşma üzərində qurulan ictimai-siyasi fəaliyyətiniz Sizin gerçək vətəndaşlıq mövqeyində dayanmağınızın, vətənpərvərliyinizin ən bariz sübutudur.

Siz xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik kursunun ən fəal təmsilçilərindənsiniz. Siz istər ictimai, istərsə də siyasi fəaliyyətinizdə daim Ulu öndərin amallarını yaşadır və təbliğ edirsiniz. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələr verərək milli mədəniyyətimizin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləriniz vardır.

Sizin rəhbərliyiniz altında reallaşan çoxsaylı layihələr kompleks xarakter daşımaqla, milli-mənəvi ideallara, humanist dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın möhkəmləndirilməsinə istiqamətlənmişdir. Sizin layiq görüldüyünüz nüfuzlu beynəlxalq mükafatlar və fəxri titullar geniş və səmərəli fəaliyyətinizin beynəlxalq miqyasda diqqət mərkəzində olduğunu və yüksək dəyərləndirildiyini bir daha təsdiqləməklə yanaşı, Sizin beynəlxalq nüfuzunun bariz təcəssümüdür.

Uzun illər erməni faşizmi təkcə hərbi sahədə deyil, həm də informasiya sahəsində də təxribatla məşğul olaraq, Azərbaycan xalqına qarşı yalan, saxta məlumatlar yaymaq, insanları çaşdırmaq məqsədilə ən çirkin vasitələrdən istifadə edirdilər. Bu yalanlara uymamaq, xalqın içində birliyi daha da möhkəmləndirmək üçün Siz xalqa müraciət ünvanlayaraq, hər bir vətəndaşımızı ayıq-sayıq olmağa, vətənimiz Azərbaycan üçün var gücümüz ilə çalışmağa səslədiyiniz müraciətlərinizlə xalqda Şanlı Qələbəmizə gedən yolda inam hissini yüksəltdiniz.

Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun inamlı qələbə qazanmaqla 30 ilə yaxın düşmən işğalı altında olan əzəli torpalarımızın işğaldan azadetmə əməliyyatları xalqımız tərəfindən yüksək sevinc və böyük ruh yüksəkliyi ilə qarşılandı.

Xalq Sizin Vətən yolunda qəhrəmanlıq göstərən Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha da qüdrətli, daha möhkəm olması yolunda sağlamlığını itirən zabit və əsgərlərimizə daim dəstəyinizi, şəhid ailələrinə xüsusi diqqət və qayğınızı hər zaman yüksək səviyyədə hiss edir.

Hörmətli Mehriban xanım!

Sizi ad gününüz münasibətilə öz adımdan və bütün Binəqədi sakinləri adından səmimi qəlbdən təbrik edir, Sizə ölkəmizin tərəqqisi, xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirik.

Dərin hörmət və ehtiramla,
Binəqədi rayon ictimaiyyəti adından
İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev

Keçidlər