Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət etdi
26 fevral 2024-cü il tarixdə Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, bələdiyyələrin, təhsil və səhiyyə müəssisələrinin kollektivləri, İctimai Birliklərin üzvləri, rayonun fəal gəncləri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edərək faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad etdilər.
Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edirik!