Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 115 nömrəli tam orta məktəbdə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi

26 may 2023 | 12:45

26 May 2023-cü il tarixində Binəqədi rayonu 115 nömrəli tam orta məktəbdə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şöbənin müdir müavini Elnur Məmmədov, Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Binəqədi rayon şöbəsinin sədri Teyyub Həsənov, məktəbin müəllim və şagird kollektivi iştirak edirdilər.

Tədbir torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhadətə yüksəlmiş oğul və qızlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsindən sonra açıq elan edildi.

Qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgi və rəsmlərlə tanış oldular.

İlk öncə məktəbin direktoru Natəvan Əsədova məktəb kollektivi adından qonaqları salamlayaraq 28 May- Müstəqillik Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi.

Tədbirdə çıxış edən Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova Şərq dünyasının ilk demokratik dövləti, dünyada qadına səsvermə hüququ, seçmək və seçilmək hüququ bəxş edən ilk ölkələrdən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması prosesi haqqında məlumat verdi. 1993-cü ildə xalqın təkidilə ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xalqımızın əsl müstəqillik tarixi yaşadığını vurğulayan Sevinc Süleymanova məhz bu siyasətin məntiqi davamı olaraq Vətən müharibəsində Böyük Qələbənin əldə olunduğunu, Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımızın uzun illərdən sonra torpaqlarımızın işğaldan azad edilməsi sevincini yaşadığını qeyd etdi.

YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tariximiz və müasir dövrümüz üçün çox mühüm hadisə olduğunu, Azərbaycanın yenidən müstəqillik əldə etməsi prosesində bu tarixi varisliyin vacibliyini qeyd edərək bildirdi ki, müasir Azərbaycanın müstəqilliyinin qorunması istiqamətində ulu öndər Heydər Əliyevin və onun siyasətinin layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rolu əvəzolunmazdır.

Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev və Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Binəqədi rayon şöbəsinin sədri Teyyub Həsənov çıxışlarında 28 May 1918-ci ildə tarixində əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin tariximiz üçün vacibliyini vurğuladılar və qeyd etdilər ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ulu Öndərin həyat amalının təntənəsidir.

Tədbir şagirdlərin hazırladığı musiqi və şeir kompozisiyaları, səhnəciklərlə davam etdi.

Sonda iştirakçılarla xatirə şəkli çəkildi.

Keçidlər