Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Şəhriyar Qasımovun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi.

26 oktyabr 2022 | 19:36

Onlar qələbəni tarixin səhifələrinə öz qanları ilə həkk etdilər. Bu müqəddəs yolda canlarından keçərək Şəhidlik Zirvəsinə ucalanlar, gələcək nəsillərə örnək olacaq ömür yadigar qoydular. Tarixin bütün səhifələrində Vətənimizi yağılardan mərdliklə qoruyan, torpaqlarımızın azadlığı uğrunda cəsarətlə döyüşən qəhrəman əcdadlarının haqq savaşını Zəfərlə başa vurdular. Qarabağımızı azad edərək illər boyu bu yolda, bu amal uğrunda şəhid olan bütün soydaşlarımızın ruhlarını şad etdilər.

26 oktyabr 2022-ci il tarixində Xocəsən qəsəbəsində Vətən müharibəsi şəhidi Şəhriyar Qasımovun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi.

Anım mərasimində şəhidin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev,  Nərimaov Rayon İcra Hakimiyyəti başçısı Elgin Həbibullayev, Abşeron Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının nümayəndləri, Rayon İcra Hakimiyyəti başçısının Xocasən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, DSMF  Binəqədi rayon şöbəsinin, Binəqədi rayon Gənclər və İdman İdarəsinin, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin rəhbərləri və rayon ictimaiyyəti  iştirak edirdilər.

Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Mərasimdə çıxış edənlər şəhid Şəhriyar Qasımovun şərəfli ömür və döyüş yolundan, ərazi bötüvlüyümüz uğrunda gedən döyüşlərdə göstərdikləri şücaətdən, eləcə də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin əhəmiyyətindən danışdılar.

Şəhidin valideynləri övlad itkisinin nə qədər ağır olduğunu bildirsələr də, övladlarının belə şərəfli yolda, Vətən uğrunda qəhrəmancasına şəhid olmasından fəxr duyduqlarını diqqətə çatdırdılar və onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını  bildirdilər.

Azərbaycan xalqı igid oğullarını heç bir zaman unutmur, onların xatirəsini həmişə qürur hissi ilə yad edir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər