Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 1941-1945-ci illər Böyük Vətən Müharibəsində alman faşizmi üzərində Qələbənin 74 illiyi münasibətilə tədbir keçirilib

08 may 2019 | 11:00

   Binəqədi rayonunda 1941-1945-ci illər Böyük Vətən Müharibəsində alman faşizmi üzərində qələbənin 74 illiyi münasibətilə tədbir keçirilib.
       Çay süfrəsi ətrafında təşkil olunan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Ramiz Göyüşov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, İctimai Şuranın sədri Aslan Mehdiyev, "Böyük Vətən Müharibəsi Veteranları" İB-nin rayon şöbəsinin sədri Telman Hətəmov və Böyük Vətən Müharibəsi iştirakçıları iştirak ediblər.
       Tədbirdə Böyük Vətən Müharibəsi Veteranları qarşısında çıxış edən Aygün Əliyeva, Ramiz Göyüşov İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının misilsiz xidmətlər göstərdiyini vurğulayıb, azərbaycanlıların ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətlərdən bəhs edib. Natiqlər eyni zamanda qeyd edib ki, məhz ulu öndər Heydər Əliyev 1993-cü ildə respublikamıza rəhbərliyə qayıtdıqdan sonra o zaman az qala unudulmaqda olan "9 May - Qələbə Günü" yenidən dövlət bayramları sırasına daxil edilib və bu gün də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən Böyük Vətən Müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülüb.
        Sonda tədbirdə iştirak edən Binəqədi rayonu ərazisində yaşayan Böyük Vətən Müharibəsi iştirakçıları dövlətimizin öz vətəndaşlarına göstərdiyi bu qayğının onlara mənəvi dayaq olduğunu vurğulayaraq, dövlət başçısı İlham Əliyevə təşəkkürlərini bildiriblər.

 

Keçidlər