Binəqədi rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "QƏLBLƏRDƏ YAŞAYAN DAHİ ŞƏXSİYYƏT" adlı tədbir keçirilib
10 may 2019 | 11:00
Binəqədi Rayon İcra Hakimiyyəti və "İdrak"liseyi Baki filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "QƏLBLƏRDƏ YAŞAYAN DAHİ ŞƏXSİYYƏT" adlı tədbir keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva,Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, “İdrak” liseyinin təsisçisi, professor Mönsüm Alışov,müəllim və şagird heyəti iştirak edib.
Sonda Bakı şəhəri üzrə keçirilən inşa yazı müsabiqəsinin qalibləri, müxtəlif müsabiqələrdə fərqlənmiş müəllim və şagirdlər diplomlarla təltif olundular.