Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Laçın rayonunun işğalının 27-ci ildönümünə həsr olunmuş “Əsgər papağı” tamaşasına baxış keçirilib

16 may 2019 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə təşkilatçılğı ilə Laçın rayonunun işğalının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Şuşa Dövlət Musiqili Dram Teatrının məhsul əməkdaşı Elnurə Abdullayeva, rayon ictimaiyyəti iştirak edib.
      Tədbirdə Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi Elnurə Abdullayevanın “Əsgər papağı” tamaşasını təqdim edib.
      13 nəfərlik yaradıcı heyətin yer aldığı səhnə əsərində erməni vandallarının Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi qətliamdan bəhs edilir.

 

Keçidlər